olkepress.com
olkepress.com

Yayda tez-tez xəstələnməmək üçün nə edək?

11-08-2022, 14:57

Yayda tez-tez xəstələnməmək üçün nə edək?

"Yayda tez-tez xəstələnməmək üçün ilk növbədə günəş şüalarının uzunmüddətli təsirindən uzaq durmaq lazımdır. Bu qayda kondisionerdən çox istifadə edənlər üçün də keçərlidir. Əsas diqqət etməli məsələlərdən biri də bədənin suya olan tələbatını qorumaqdır".

Bu fikirləri Kliniki Tibbi Mərkəzin həkim-terapevti Rəhilə Əliyeva Ölkepress.com-a müsahibəsində deyib. Həkim bildirdi ki, yay aylarında qışa nisbətən bədənin daha çox su itirdiyini nəzərə alaraq, gün ərzində ən azı 3-4 litr su içilməsi tövsiyyə edilir. Lakin suyu çox soyuq halda içmək məsləhət görülmür. Həddən çox soyuq halda qəbul edilən su və digər mayelər zaman-zaman orqanizminizdə ciddi problemlər yaradır.
"Bəzi insanlar qışa nisbətən yayda daha tez-tez xəstələnir. Çünki qış fəslində hər birimiz havaya uyğun olaraq qalın geyinir, isti maye qəbul edirik. Lakin yay fəslində isə əksinə, nə qidamıza, nə də geyimimizə diqqət yetiririk. Əksər insanların evində və ofisində daimi olaraq kondisioner işləyir. Bütün bunlar son nəticədə yayda soyuqdəymə hallarının artmasına gətirib çıxarır. Həmçinin, istifadə etdiyimiz ərzaqların təzəliyinə fikir verməliyik. Çünki yayda ərzaqlar daha tez xarab olur. Yayda zəhərlənmə və tez-tez xəstələnmə səbəblərindən yayınmaq üçün bu qeydlərə hər kəs mütləq əməl etməldir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi