olkepress.com
olkepress.com

Sahil Babayevin yeni maxinasiyası: “Avtomat ötürücülü” mexaniki maşın - VİDEO

15-07-2022, 15:18

Sahil Babayevin yeni maxinasiyası: “Avtomat ötürücülü” mexaniki maşın -  VİDEO

“Şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına dövlət dəstəyi nazirliyin fəaliyyətinin ana istiqamətidir”.

Ölkəpress.com ovqat.com-a istinadla xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qazinin narazılığına münasibət bildirərkən deyib.

Onun bildirdiyinə görə, qəbul edilən qərarlar şəhid ailələrinin, müharibə əlillərinin, müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılmasına yönəlib: “Birincisi, onlara ödənilən müavinət, təqaüd və pensiyaların həcmi ciddi şəkildə artırıldı. Bu, 60 faizdən çoxdur. İkincisi, onların böyük əksəriyyətinə proaktiv qaydada ödənişlər təyin edildi. Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri onların bir çoxunun evlərini ziyarət edərək imkanlarını qiymətləndirib, onlara sosial ödənişlər və məşğulluqla bağlı xidmətlər göstərilib. Dövlət Tibbi Ekspertiza Komissiyasının həkimləri 6 mindən çox qazimizi xəstəxanalarda, evlərində ziyarət edərək onların tibbi vəziyyətlərini qiymətləndiriblər”.

Sahil Babayev əlavə edib ki, ötən il yarımlıq dövrdə 103 min müharibə iştirakçısı, müharibə əlili, şəhid ailəsinə 190 min xidmət göstərilib: “Orta hesabla hər ay 10 mindən çox xidmət göstərilib. Onların sosial ödənişləri təmin edilib. Onların sosial ödənişləri digər kateqoriyalarda olanlardan təqribən 2 dəfə çoxdur. Onların 6 minə yaxını özünəməşğulluq proqramına cəlb edilib, 5 mindən çoxu işə düzəlib, 3500-ü mənzillə təmin edilib. Proqramların hamısı davam edir. Dövlətin qayğısı, dəstəyi genişdir və geniş şəkildə də davam edəcək”.

Bəs, qazilərə göstərilən bu “geniş miqyaslı dövlət qayğısı” hansı səviyyədədir?

Redaksiyamıza məktub göndərən bir qazi bu suala aydınlıq gətirir. Bir ayağı olmayan qazinin yazdığına görə, ona mexaniki ötürücülü maşın hədiyyə ediblər. Neftçalada istehsal olunan “Xəzər” markalı bu nəqliyyat vasitəsi sənədlərdə “avtomat ötürücülü” kimi göstərilib.

Qazi şikayətlənir ki, bu cür maşını nəinki bir ayağı kəsilmiş əlil, hətta 2 ayağı olan sağlam adam da idarə edə bilməz.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi