olkepress.com
olkepress.com

"Xeyirxahlıq mücəssəməsi" kitabının təqdimatı keçirilib

12-06-2022, 12:18

"Xeyirxahlıq mücəssəməsi" kitabının təqdimatı keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında AMEA-nın şöbə müdiri, professor, şair Vüqar Əhmədin görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar yazdığı "Xeyirxahlıq mücəssəməsi" kitabının təqdimatı keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, filologiya elmləri doktoru, professor Lalə Əlizadə çıxış edərək tədbirin Mərdəkanda keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, H.Z.Tağıyev ömrünün son illərini Mərdəkanda yaşayıb və burada dəfn olunub. Daha sonra çıxış edənlər Azərbaycanın böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadimi H.Z.Tağıyevin Azərbaycan xalqının inkişafı və maariflənməsi uğrunda gördüyü işlərdən söhbət açıblar. Diqqətə çatdırılıb ki, Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ölkəmizdə və UNESCO-da qeyd ediləcək.

Vüqar Əhməd tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Sonra isə Azərbaycan Dövlət Televiziyasının solisti, müğənni Almaxanım Əhmədlinin və muğam müsabiqəsinin qalibi Sədəf Budaqovanın, eləcə də gənc müğənni Alim Məmmədovun Vüqar Əhmədin sözlərinə yazılmış "Azərbaycan-Türkiyə", "Əzizim", "Arzular" və digər mahnıları alqışlarla qarşılanıb.

Sonda Vüqar Əhmədin H.Z.Tağıyevə həsr etdiyi şeir məktəblilərin ifasında səslənib.

"Xeyirxahlıq mücəssəməsi" kitabının təqdimatı keçirilib


Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi