olkepress.com
olkepress.com

Səlim Müslümov xəstəxanaya yerləşdirildi

1-06-2022, 14:23

Səlim Müslümov xəstəxanaya yerləşdirildi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xəstəxanaya yerləşdirilib.

Bu barədə Trend-ə sabiq nazirin qohumları məlumat verib.

Məlumata görə, Səlim Müslümov qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. İstintaq təcridxanasından ev dustaqlığına buraxılandan sonra sabiq nazirin səhhətindəki problemlər ciddiləşdiyindən o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, S.Müslümov 2021-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir müddət öncə sabiq nazir səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş, orada müalicələri nəticə vermədiyindən ev dustaqlığına buraxılmışdı.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi