olkepress.com
olkepress.com

BAAU-da məzun günü keçirildi - FOTO

31-05-2022, 22:00

BAAU-da məzun günü keçirildi - FOTO

Bu gün Bakı Avrasiya Universitetində “Məzun günü” keçirilib.

Bu haqda Ölkəpress.com-a BAAU-dan məlumat verilib.

Məzunları təbrik edən universitetin rektoru, professor Nazim Hüseynli onlara gələcək işlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, məzunlar bu günü həm də öz qarşılarında hesabat günü kimi dəyərləndirməlidir.

Daha sonra çıxışında, təhsilin qarşıda duran bütün problemlərin açarı olduğunu bildirən N.Hüseynli BAAU məzunlarının ölkəmizin inkişafı və xalqımızın rifahı yolunda uğurlara imza atacağına əmin olduğunu deyib.

“Təhsil ictimaiyyətin əldə etdiyi biliklərini, bacarıqlarını və dəyərlərini bir nəsildən digərinə ötürən bir prosesdir",- deyən rektor bütün mərhələlərdə bunun daha da zənginləşdirilməsinin zəruriliyini qeyd edib.

Sonra fakültə dekanları dosent Salman Süleymanov və dosent Mütəllim Rəhimov çıxış edərək məzunları təbrik ediblər.

Daha sonra təhsildə və ictimai fəaliyyətdə fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub.

Rəsmi tədbir başa çatdıqdan sonra “Məzun günü” bədii hissə ilə davam edib.

BAAU-da məzun günü keçirildi - FOTO


BAAU-da məzun günü keçirildi - FOTO


BAAU-da məzun günü keçirildi - FOTO


BAAU-da məzun günü keçirildi - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi