olkepress.com
olkepress.com

Vahid Ələkbərov 100 milyonluq mülkünü İTİRDİ

26-05-2022, 18:34

Vahid Ələkbərov 100 milyonluq mülkünü İTİRDİ

Azərbaycanlı milyarder Vahid Ələkbərov iki superyaxtasının tikildiyi gəmiqayırma zavoduna tətbiq edilən sanksiyalara görə oranı tərk etmək məcburiyyətində qalıb.

Ölkəpress.com-un "Forbes"ə istinadən verdiyi xəbərə görə, iş adamının 2008-ci ildə 100 milyon avroya aldığı gəmiqayırma zavodunun hansı şəraitdə müstəqil fonda keçdiyi hələlik məlum deyil.

"Lukoil"in həmtəsisçisi Vahid Ələkbərov "Heesen Yachts" gəmiqayırma zavodunun səhmlərini müstəqil Hollandiya fonduna keçirib. Zavodun rəsmi saytında bildirilib ki, şirkət mayın 18-dən etibarən bütövlükdə hollandlara məxsusdur.

Qeyd edək ki, "Heesen Yachts" 1978-ci ildə tikilib. Ələkbərov gəmiqayırma zavodunu 2008-ci ildə təsisçi Frans Heesendən 100 milyon avroya alıb.Gəmiqayırma zavodu Hollandiyada yaxtaların gövdələri üçün alüminium ərintisindən istifadə edən ilk zavod olduğunu iddia edir. Heesen uzunluğu 30 m-dən 70 m-ə qədər olan gəmişər inşa edir, hər il tərsanə üç və ya dörd yaxta istehsal edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi