olkepress.com
olkepress.com

Araz marketdə Novruz “sürprizi” - Kifli, çürük xurmaları satışa niyə çıxarırlar?

18-03-2022, 20:11

Araz marketdə Novruz “sürprizi” - Kifli, çürük xurmaları satışa niyə çıxarırlar?

Novruz bayramı ilə əlaqədar marketlərdə bayram stendlərinə yığılan qablaşdırılmış çərəzlərdən bir çoxunun keyfiyyəti qida standartlarına uyğun deyil. Bir çox hallarda köhnə, zədəli, quru xurma və çərəzlərin paketlənib bayram ərəfəsi satışa çıxarılması faktına dəfələrlə rastlanır.


Ōlkəpress.com bakupost.az-a istinadla xəbər verir ki, ötən həftə Araz super marketindən alınan “Mədinə” xurması alıcıya əsl bayram sürprizi yaşadıb.
Plastik qabda üstdəki xurmaların ilk baxışda normal, yumşaq olduğu görünsə də, qabın ortasından köhnə, quru, kifli xurmalar yığılmışdı.
Şikayətçi artıq ikinci dəfədir aldığı bu məhsulun belə yararsız çıxdığını bildirdi.

“Xurmaların bir-ikisini işdə yeyib qabı evə apardım. Anam xurmanı açıb onu bir az qarışdırıb “bu nədir, çürük xurma niyə almısan” deyəndə gözlərimə inanmadım. Qabın yarısından sonra xurma yox, toyuq-cücəyə atılmalı zay məhsul yığılmışdı. Bilmirəm, məhsul əvvəldən belə olub, hansısa firma qablaşdırıb, məhsulunu marketə paylayıb, ya da günlərdir havasız qabda qalıb marketdə çürüyüb. Halbuki üzərində son istifadə tarixi aprelin 3-ü qeyd edilmişdi. Amma bu məhsul nəinki aprelin əvvəlinə, heç bayrama kimi salamat qala bilməzdi.
Xurmanın fotolarını sübut üçün çəkib, elə qabqarışıq toyuqlara atdıq”.

Bir neçə marketdən aldığımız məlumata görə, bu qablaşdırmanı market özü yox, tərəvəz firmaları, marketə bu ərzaqları çatdıran yerli şirkətlər edir. Bu şirkətlərin zirzəmi, qarajlarda fəaliyyət göstərən sexlər olması isə şübhə doğurmur.
Bəs market satdığı malın kifli olduğunu görmür? Yaxud kiminsə quru, kifli, atılmalı məhsulunu niyə bayram günü alıcılara satır?
Eyni xurmanı bayram yarmarkasında çəki ilə aldıqda isə alıcının xurmanın keyfiyyətini görmək imkanı var və o xurmalar daha təmiz, yumşaq, təzə olur.
Məsələ ilə bağlı Araz super marketlərin tabe olduğu Veysəloğlu şirkəti ilə əlaqə saxladıq.
Şirkətdən bildirildi ki, araşdırma aparılıb cavab veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi