Mənim məndən başqa kimim var mənim?
Görəsən neylədim, olubdur qənim?
Yadımdan silinə çətin günlərim,
Mənim məndın başqa kimim var mənim?
Sirdaşım özümdür, həmdəmim özüm?
Qəm çəkən qəlbimdir, bir də ki, gözüm,
Özümə təskinlik verir öz sözüm,
Mənim məndən başqa kimim var mənim?
İçərim alovlu, yandırır çölüm,
Bir kimsə yoxdur ki, dərdimi bölüm,
Güzgüyə baxmıram, kədərli görüm,
Mənim məndən başqa kimim var mənim?
Göylər də pərişan, mən də pərişan,
Ürəyim deyingən, olub dalaşan,
Ey dünya! Deyiləm sənlə barışan,
Mənim məndən başqa kimim var mənim?
13.03.2022