olkepress.com
olkepress.com

“Qapanmalarla bağlı hökumət qərar verə bilər“ - ÜST rəsmisi

7-02-2022, 14:35

“Qapanmalarla bağlı hökumət qərar verə bilər“ - ÜST rəsmisi

"Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun "Omikron" ştamına yoluxma sayında yüksək artım müşahidə edilir".

Öıkəpress.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".

H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik".(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi