Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 5-7, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütununda 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda 2-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta olacaq.
Ölkəpress.com