olkepress.com
olkepress.com

Məcburi köçkün həyatı yaşamış gənc Azərbaycanı təhqir edib

24-01-2022, 14:34

Məcburi köçkün həyatı yaşamış gənc Azərbaycanı təhqir edib


Sosial şəbəkə istifadəşilərin biri Ramil Veyis oğlu Yəhyayev adlı şəxsin səs yazısını paylaşıb. Səs yazısında vətənimiz olan Azərbaycan təhqir olunur, aşağılanır. Səs yazısına qulaq asanda bu təhqirin nədən qaynaqlandığını kiminlə danışığında istifadə etdiyini ayırd edə bilmədik. Çox ağır ifadələr səsyazısında yer alıb. Etik qaydalara nəzərə alıb səs yazısını ictimailəşdirməyi özümüzə borc bilmədik.

İnternet üzərindən bu şəxsin kim olduğunu araşdırdıq. R.Yəhyayev adlı şəxsin sosial səhifəsinə nəzər yetirəndə onun dövlət idarələrindən birində çalışdığı göstərilib. Adıçəkilən şəxsin profili isə müxtəlif dövlət müəssisələrindən və rəsmi şəxslərdən başdan ayağa şikayət, narazıçılıq və ittihamlarla dolu xəbərlərdən ibarət idi. Hesabında ictimaiyyətə açıq olan məlumatlardan anadan olduğu yerin Ağdam şəhəri olduğu qeyd olunub. İkinci Qarabağ savaşında 44 gün ərzində 28 il işğal altında qalan torpaqlarımız azad ediləndən sonra, məcburi bir köçkün gəncin vətəninə nifrət etməsi utancdır, biabırçılıqdır. Son zamanlar isə xaricdən idarə edilən, erməni lobbisi və onların havadarları tərəfindən maliyyələşdirilən qüvvələr tərəfindən idarə olan bir qrup kütlə və ya şəxs arasında məşhur olan ölkəni tərk edib xaricə getmək istəyi də səs yazısında Ramil Yəhyayevə məxsusdur. O, Rusiyaya getmək istəyini dilə gətirib. Bu gənc demək istəyir ki, burada Azərbaycanı rahat şəkildə təhqir edə bilmirəm, gedib xaricdən söyərəm. Azərbaycan bu gün tarixinin ən şanlı, şərəfli səhfələrini yazır. Müharibədən qalib çıxmış dövlət kimi, işğaldan azad olunmuş torpaqlarımızda aparılan sürətli abadlıq-quruculuq işləri, onunla paralel ölkəmizin gündən-günə inkişaf edən iqtisadiyyatı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması və s. dostları sevindirdiyi kimi düşmənləri də qorxuya, təşvişə salıb. Qorxu, təşviş onları vətənimizə qarşı söyüş taktikasına əl atmağa məcbur edir. Bu gün gənclərimiz ölkəmizin gələcəyi, inkişafı, azad edilən torpaqlarımızda bərpa, quruculuq işlərinə cəlb olunduğu bir dönəmdə R.Yahyayev kimilərin vətənimizi təhqir etməsi qınanılmalıdır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi