olkepress.com
olkepress.com

Kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

19-01-2022, 17:07

Kəskin hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvar ayının 20-də havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu günün birinci yarısında 3 dərəcəyədək isti, axşam 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın rayonlarında yanvarın 19-u axşam şimal və qərb rayonlarında, yanvarın 20-dən 21-dək isə əksər rayonlarda hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, yanvarın 19-da gündüz, 20-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi