olkepress.com
olkepress.com

Son bir ayda Azərbaycanda 28 nəfər koronavirusdan vəfat edib

1-03-2024, 22:45

Son bir ayda Azərbaycanda 28 nəfər koronavirusdan vəfat edib

Son bir ayda (1 fevral-29 fevral) Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 514 yoluxma faktı qeydə alınıb, 513 nəfər müalicə olunaraq sağalıb, analiz nəticələri müsbət çıxan 28 nəfər həyatını itirib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 835 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 602 nəfər müalicə olunaraq sağalıb, 10 428 nəfər vəfat edib. Aktiv xəstə sayı 114 nəfərdir.

Son bir ayda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 457, bu günə qədər isə ümumilikdə 7 762 507 test icra olunub.
Son bir ayda Azərbaycanda 28 nəfər koronavirusdan vəfat edib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi