olkepress.com
olkepress.com

Görücü Vanqanın 2022-ci il üçün doğru çıxan PROQNOZLARI - FOTO

29-11-2022, 08:58

Görücü Vanqanın 2022-ci il üçün doğru çıxan PROQNOZLARI - FOTO

1996-cı ildə vəfat etməsinə baxmayaraq, o dövrdəki açıqlamaları və öncəgörmələri müzakirə mövzusu olan “Balkanların Nostradamusu” ləqəbli bolqarıstanlı Vanqa hələ də gündəmdədir.

“Haber Global” onun 2022-ci il üçün həyata keçən iddialarını açıqlayıb.

Bu il Hind okeanındakı ölkələrdə zəlzələ, sunami və daşqınların olacağını iddia edən görücü Vanqanın bu proqnozu özünü doğrudub. Onun açıqlamalarını şərh edən ekspertlər bildiriblər ki, son aylarda bir çox Asiya ölkələrində daşqınlar baş verib.
Görücü Vanqanın 2022-ci il üçün doğru çıxan PROQNOZLARI - FOTO



Görücünün başqa bir proqnozu içməli su böhranı idi. Həqiqətən də bir çox ölkələrdə bu proqnoz reallığa çevrilib - quraqlıq, qlobal istiləşmə ilə İspaniya, İtaliya kimi Avropa ölkələri, ABŞ su böhranı ilə üzləşib, Britaniya tarixində ilk dəfə Temza çayının mənbəyi quruyub.
Görücü Vanqanın 2022-ci il üçün doğru çıxan PROQNOZLARI - FOTO



Vanqa həmçinin 2022-ci ildə yeni bir virusla bağlı proqnoz vermişdi. O, uzun müddətdir əbədi buzlaqlarda gizlənən bir xəstəliyin oyanacağını, iqlim dəyişikliyinə görə əriyən buzun altından çıxaraq dünyanı bürüyəcəyini bildirmişdi.

Qeyd edək ki, bu il Sibirdə ölümcül virus aşkar edilib, buzlaqlar arasında ölümcül virus tapılıb. Sibirdə araşdırma aparan elm adamları pandoravirusu təxminən 48 500 il əvvələ aid olduğunu bildirilər. Yalnız birhüceyrəli orqanizmləri yoluxduran və hazırda insanlar üçün heç bir təhlükə yaratmadığı düşünülən virusa “zombi virusu” adlanır. Bundan başqa Tibet buzlaqlarında 28 naməlum virus tapılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi