ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı meyxanaçı Aqşin Fateh olub.
Məşhur meyxanaçı tanınmış xanım müğənninin ona eşq elan etdiyini deyib:
“Qadın müğənni mənə sevgi etirafı edib. Məndən ciddi qarşılıq gözləyib. Subay, cavan oğlanam, onunla oynaya bilərdim. Amma ona səmimi olaraq dedim ki, müğənni xanımla ailə qurmaq istəmirəm. Mənə sual verdi ki, niyə, ifaçı olmaq qəbahətdir? Bildirdim ki, sözümdən incimə, şəxsiyyətinə hörmətim var, lakin alınmaz. O xanım sənətini atmaq istəyəcək biri deyildi. Evlənsək belə bir müddət sonra səhnə üçün, tamaşaçılar üçün darıxıb geri dönmək istəyə bilərdi. Mənsə sevdiyim xanımı insanlarla paylaşa bilmərəm. Çox qısqanc insanam”.
ölkəpress.com