2022-ci ilin əvvəlində rus qoşunları Kiyevə yaxınlaşanda ukraynalı generallar onunla əlaqə saxlayıb təslim olmaq istəyiblər.
Olkepress.com KONKRET.az-a istinadən xəbər verir ki, söhbət Belarus prezidenti Aleksandr Lukaşenkodan gedir. Belarus prezidenti bildirib ki, Rusiya ordusu Kiyevə yaxınlaşanda ukraynalı generallar ona zəng edərək müharibəni dayandırmaq və təslim olmaq üçün Lukaşenkonun vasitəsilə Vladimir Putinlə əlaqə saxlamağı xahiş ediblər. Lukaşenko bildirib ki, 2022-ci ilin yazında bütün Qərb Rusiya qoşunlarının irəliləyişini dayandırmağı istəyirdi.