“Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisinə ilk dəfə ballistik ATACMS raketləri ilə zərbə endirib”.
Bu barədə məlumatı Müdafiə Qüvvələrindəki mənbəyə istinadən “RBK-Ukraina” yayıb.
Bildirilib ki, zərbə Bryansk vilayətində Karaçev şəhəri yaxınlığında hərbi obyektə endirilib və hədəfin vurulması uğurla başa çatıb: “Həqiqətən də, Rusiya ərazisinə zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”.