olkepress.com
olkepress.com

Qutsul 7 il müddətinə azadlıqdan məhrum edildi

5-08-2025, 14:30

Qutsul 7 il müddətinə azadlıqdan məhrum edildi

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə məlumatı TASS-a siyasətçinin vəkili Nataliya Bayram açıqlayıb.

Bildirilib ki, məhkəmə Qutsulu “Şor” müxalif partiyasının maliyyələşdirilməsində qayda pozuntularına yol verməkdə təqsirli bilib.

Vəkilin sözlərinə görə, Qutsul məhkəmə zalından birbaşa həbsxanaya göndəriləcək.

Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi