olkepress.com
olkepress.com

ABŞ-nin Hindistanla bağlı qərarı qüvvəyə mindi

27-08-2025, 14:51

ABŞ-nin Hindistanla bağlı qərarı qüvvəyə mindi

ABŞ Hindistandan idxal olunan mallara rüsumları rəsmən 50 faiz həcminə qədər artırıb.

Olkepress.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yeni rüsumlar bu gün Bakı vaxtı ilə 08:00-da rəsmi olaraq qüvvəyə minib.

Bildirilib ki, yeni tarif humanitar mallara, artıq yolda olan yüklərə və qarşılıqlı ticarət proqramları çərçivəsində olan məhsullara şamil edilməyəcək.

Bunun əsas olaraq tekstil və zinət əşyaları sənayesinə təsir edəcəyi gözlənilir.

Agentlik qeyd edib ki, ABŞ-nin bu addımı iki ölkə arasında münasibətlərin kəskin pisləşməsinə səbəb ola bilər.

Xatırladaq ki, ABŞ bundan əvvəl Hindistandan idxal olunan mallara rüsumları 25% (50%-ə qədər) artırdığını elan etmişdi. Ölkə qərarını Hindistanın Rusiyadan neft almağa davam etməsi ilə əlaqələndirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi