İmişli rayonunda “Opel” və “Mercedes” markalı avtomobillər toqquşub.
Y[b][/b]ol-nəqliyyat hadisəsi İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan 6 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan biri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.