olkepress.com
olkepress.com

99 yaşlı qadın çay stəkanına görə dünyasını dəyişdi

21-08-2025, 16:16

99 yaşlı qadın çay stəkanına görə dünyasını dəyişdi

99 yaşlı qadın 100 yaşına çatmağı arzulayırdı, lakin içdiyi çay onun ölümünə səbəb olub. Bu barədə “Mirror” xəbər verir.

Məlumata görə, Marqaret Eluned Roberts təsadüfən üzərinə isti qara çay tökərək yanıq xəsarəti alıb. Hadisə onun yaşadığı İngiltərədəki qocalar evində baş verib.

Aparılan araşdırmada müəyyən olunub ki, həmin yanıq Robertsdə sinə infeksiyasının inkişafına səbəb olub. Beş həftə sonra qadın dünyasını dəyişib. Baş koroner onun ölümünün bədbəxt hadisə nəticəsində baş verdiyini açıqlayıb.

Qeyd olunur ki, qocalar evinin əməkdaşları Robertsin görmə qabiliyyətini tamamilə itirdiyini bilirdilər. Lakin qadına isti çayla bağlı kömək göstərməyiblər. Onlar bununla yaşlının “özünü müstəqil hiss etməsini” təmin etmək istədiklərini bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi