olkepress.com
olkepress.com

Rəqsanə İsmayılova həbsdə qaldı

21-08-2025, 16:28

Rəqsanə İsmayılova həbsdə qaldı

1 milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılovanın şikayətinə baxılıb.

Olkepress.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi indilərdə qərarını açıqlayıb.

Müğənninin vəkili Hikmət Əliyev birinci instansiya qərarının ləğv edilməsini, müvəkkilinin sərbəst buraxılmasını istəyib.

Məhkəmə cinayətin ağırlığını, dəymiş ziyanın ödənilməməsini, ən əsası istintaqın yeni başlamasını nəzərə alıb. Nəticədə apellyasiya şikayəti təmin edilməyərək Rəqsanənin həbsinin davamına qərar verilib.

Qeyd edək ki, cinayət işinin istintaqını polis aparır. İş materiallarında yazır ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirib.

Zərərçəkmişə dəymiş ziyan ödənilməyəcəyi halda müğənni 14 ilə kimi həbslə cəzalandırıla bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi