olkepress.com
olkepress.com

İsrailin Suriya ilə gizli danışıqları üzə çıxdı

19-11-2024, 17:46

İsrailin Suriya ilə gizli danışıqları üzə çıxdı

İsrail Rusiyanın vasitəçiliyi ilə Suriya prezidenti Bəşər Əsədə İsrail-Livan sərhədinin təhlükəsizliyini təmin edəcək razılaşma təklif edib.

Olkepress.com KONKRET.az -a istinadən xəbər verir ki, Əsəd Rusiyanın dəstəyi ilə Suriya-Livan sərhədində ciddi nəzarət yaratmaq niyyətindədir. Həmçinin ona Hizbullaha İran silahlarının tədarükünü dayandırmaq və İran silahlarının Suriya və İraqdan keçərək Livana axdığı “magistral yolu” dağıtmaqla İrana qarşı hərəkətə keçmək təklif olunub. Bunun müqabilində İsrail hökuməti Suriya lideri, habelə Suriya və Rusiya şirkətlərinə qarşı sanksiyalarının dondurulmasına kömək edəcəyinə söz verib. Bu danışıqlarda əsas fiqur baş nazir Benyamin Netanyahunun etibarlı adamı olan Strateji İşlər Naziri Ron Dermerdir. Mənbə Rusiya və ABŞ-yə son səfərlərini, həmçinin Rusiya hökumət təyyarəsinin İsrailə müəmmalı səfərini xatırladır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi