olkepress.com
olkepress.com

Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür

Dün, 17:22

Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür

Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür.

Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 9 şagirdə 1 kompüter düşür. 2026-cı ilin sonuna isə bu nisbətin hər 6 şagirdə 1 kompüter olması hədəflənir. Eyni zamanda dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiberoptik yüksək sürətli şəbəkəyə qoşulması da həyata keçirilməkdədir. Əgər 2020-ci ildə fiveroptik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil edirdisə, hazırda 1737 müəssisə fiberoptik internetə qoşulub. Hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir”, - deyə nazir Emin Əmrullayev vurğulayıb.

Nazir bildirib ki, istedadlı uşaqlarla iş çərçivəsində də bölgələrdə də iş aparılır: "Ölkə daxilində istedadlı şagirdlərin aşkar olunması üçün müsabiqələr təşkil edir. Növbəti ildə 10 ümumtəhsil müəssisə pilot qaydada adambaşına maliyyələşməyə keçəcək. Peşə təhsilində keyfiyyətin artırılması üzrə planların icrası davam edir. 72 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Peşə təhsil müəssisələrində qəbul 60 % artıb. Peşə təhsili müəssisələrində 7000 tələbəni əhatə edən 8 peşə təhsil müəssisəsində adambaşına maliyyələşmə tətbiq edilir. Ali təhsilin əhatəliliyini və keyfiyyətinin artırılması üçün cari ildə bir sıra qərarlar qəbul edilib".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi