“Ferrari” şirkətinin “Formula-1” üzrə dünya çempionatında çıxış edən komandası qarşıdakı mövsümdə yarışacağı bolidi nümayiş etdirib.
Yeni maşın “SF-24” indeksini alıb. İtalyanların sürücü heyəti keçən illə müqayisədə dəyişməyib: komandanın şərəfini moneqask Şarl Lekler və ispaniyalı Karlos Sayns qoruyacaqlar.
Xatırladaq ki, “Ferrari” komandası 2023-cü il mövsümündə Mühəndislər Kubokunda üçüncü yeri tutub.
Kuboku Avstriyanın “Red Bull” komandası qazanıb, Almaniyanın “Mercedes” komandası isə ikinci olub.