olkepress.com
olkepress.com

Acun Ilıcalı ilə bağlı araşdırma başlanıldı

Dün, 17:00

Acun Ilıcalı ilə bağlı araşdırma başlanıldı

İstanbul Cümhuriyyət Prokurorluğu Türkiyədə bir neçə telekanala və “Exxen” videoşəbəkəsinə sahib olan “Fənərbaxça” klubunun ikinci prezidenti Acun Ilıcalı haqqında araşdırmaya başlayıb.

Bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, məşhur aparıcının rəhbərlik etdiyi telekanallarda UEFA Millətlər Liqasının oyunları zamanı qanunsuz mərc oyunlarının keçirildiyi internet saytları reklam edilib. Bu səbəbdən Acunun sahibi olduğu TV8 kanalı və “Exxen” platforması haqqında prokurorluq tərəfindən araşdırma başladılıb.

Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində bir sıra məşhurlar da saxlanılıb. Həmin şəxslərdən müğənni Serdar Ortaç və teleaparıcı Mehmet Ali Erbil daha sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi