olkepress.com
olkepress.com

“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib

2-11-2024, 17:25

“Hizbullah” İsrailin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib

Livanın "Hizbullah” hərəkatı İsrailin Təl-Əviv yaxınlığındakı hərbi kəşfiyyat bazasına yeni raket zərbəsi endirdiyini açıqlayıb.

Bu barədə "Al Arabia”ya məlumat verib.

İdarə olunmayan raketlər İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin bir hissəsi olan və radioelektron kəşfiyyatla məşğul olan bölmənin "Qlilot” bazasına tərəf atılıb.

Öz növbəsində "The Times of Israel” qəzeti bu gün Livandan İsrailin Yuxarı Qaliley bölgəsi və Hayfa körfəzi ərazisinə azı 25 idarə olunmayan raket atıldığını yazıb.

Daha əvvəl İsrailin mərkəzindəki Tira şəhərinə raket hücumu nəticəsində 11 nəfər yaralanıb.

Qeyd edək ki, sentyabrın sonundan bəri İsrail Livanın cənubunda və Beyrutda "Hizbullah” infrastrukturlarını fəal şəkildə məhv edir. İsrail ordusu həmçinin Livanın cənubundakı sərhəd bölgəsindəki "Hizbullah” hədəflərinə qarşı məhdud quru reydlərinə başladığını da aşıqlayıb. "Hizbullah” isə hər gün İsrail ərazisinə raket zərbələri endirir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi