olkepress.com
olkepress.com

İcra başçısının bacısı oğlu qəzada öldü

5-11-2024, 11:54

İcra başçısının bacısı oğlu qəzada öldü

Yevlaxda ağır yol qəzası baş verib.

Hadisə noyabrın 3-ü saat 20 radələrində Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

Samir İbrahimovun sükanı arxasında olduğu “VAZ 2107” markalı avtomobil Ruslan Əhmarovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü hadisə yerində ölüb.

Vəfat edən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bacısı oğludur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi