Rəqqasə Fatimədən Rəqsanəyə cavab: “Sözün kimədirsə, ona zəng et, özünə de” - VİDEO
ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı rəqqası Fatimə Fətəliyeva olub.
Rəqqasə Rəqsanənin Rusiya toylarına gedən müğənnilərə bildirdiyi iradına münasibət bildirib:
“Mən görmədim. Görmədiyim şeydən necə danışa bilərəm? Getdim toyumu oxudum, hörmətlə qarşılayıb, yola saldılar. Kim nə etsə öz adına layiq hərəkət edir. Kimisə qınamaq olmaz. Beş barmağın hamısı eyni deyil. Elə dəyərli sənət nümayəndələrimiz var ki, ailələri nümunə ola bilər. Amma “o” adda onlar da gedir. Düşünürlər ki, bu aləmdə olan insanları ailəyə dəvət etmək olmaz. Sabah bizi Moskvaya dəvət edəndə salam verməyə utanacağam. Səbəb isə hamımız haqqında “düzgün yolun adamı” deyilik düşüncəsi olacaq. Belə demək olmaz. Sözün kimədirsə, kimin hərəkətindən xoşun gəlmirsə, özünə zəng edib de”.
Qeyd edək ki, Rəqsanə İsmayılova “Instaqram”da canlı yayımda Rusiyada toya gedən müğənniləri tənqid edərək bu sözləri deyib: "Toydan sonra evinizə gedin, başqa yerə yox. Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətini qoruyub saxlaya bilmir, puldan ötrü elə yerdə çıxış edir ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram”.
ölkəpress.com