olkepress.com
olkepress.com

Beyləqanda daha bir küçə asfaltlandı

1-08-2025, 13:16

Beyləqanda daha bir küçə asfaltlandı

Beyləqan rayonunda abadlıq və yenidənqurma istiqamətində həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Cari ilin əvvəlindən icrasına başlanılan layihələr çərçivəsində Beyləqan şəhərinin daha bir küçəsində-şəhid Rövşən Axundov küçəsində aparılan asfaltlanma işləri artıq başa çatdırılıb.

Yenidənqurma işlərinin nəticəsi olaraq, küçədə nəqliyyatın hərəkəti daha təhlükəsiz və rahat olub, piyadaların gediş-gəlişi asanlaşıb. Ərazidə yaşayan sakinlər görülən işlərdən məmnunluqlarını ifadə edərək, dövlət başçısının rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial yönümlü infrastruktur layihələrinə görə minnətdarlıqlarını bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi