olkepress.com
olkepress.com

Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi - VİDEO

14-09-2020, 20:00

Afaq Aslanın erməni blogerlə Dubay əyləncəsi - VİDEOMüğənni Afaq Aslanın “Mas” adı ilə məşhurlaşan erməni blogerlə görüntüləri yayılıb.

Ölkəpress.com Mediapost.az-a istinadən xəbər verir ki, onlar Nüsrət Gökçənin Dubaydakı restoranında bir araya gəliblər. Buna səbəb isə rusiyalı model və bloger Muhanad Beşin təşkil etdiyi qonaqlıq olub.

Erməni bloger və onun dostları ilə əylənən A.Aslanın görüntülərini isə Mas və Muhanad İnstaqram “Story”də paylaşıb.

Müğənni sözügedən görüşdən heç bir paylaşım etməyib.

Qeyd edək ki, Mas və Muhanad bahalı həyat tərzi ilə tez-tez gündəmə gəlir. A.Aslan isə sonuncu dəfə mediada braziliyalı iş adamına ərə getməsi barədə çıxan xəbərlərlə yer alıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi