Müğənni Xatirə İslam sosial şəbəkə vasitəsilə onu aldadan qadını axtarışa verib.
Bildirib ki, Gülnisə Feyzullayeva adlı dərzi onu aldadıb.
Bununla bağlı müğənni “Instagram” səhifəsində paylaşım edib.
Müğənni Daxili İşlər Nazirliyini işarələyərək sözügedən şəxsdən şikayətçi olduğunu bildirib:
“Bu dərzini tanıyan, bilən varsa, bizə yazsın. Bütün parçalarımızı tikmək üçün aparıb, lakin zənglərə cavab vermir. Ölkəmizdə olan qayda-qanunlara çox güvənirəm. Şikayətimi qəbul edin”.