Aktrisa Nəsrin Cavadzadə Türkiyədə “Üç Kuruş” adlı serialda baş rolda çəkilir.“Qafqazinfo” xəbər verir ki, ekran işinin premyerası “Show” TV-də baş tutacaq.
“Ay Yapım” istehsalı olan serialın rejissoru Sinan Öztürk, ssenari müəllifləri Damla Serim və Murat Uyurkulakdır.
Baş rolları türk kinosunun ulduzları Uraz Kaygılaroğlu, Ekin Koç, Diren Polatoğulları, Civan Canova və digərləri ifa edir.
Serialda mafiya lideri və polis əməkdaşı arasında olan münasibətlərdən bəhs ediləcək. Nəsrin ekran işində mafiya liderinin sevgilisi obrazını canlandıracaq. Hazırda çəkilişlər davam edir.
Nəsrin, həmçinin türkiyəli həmkarı Gökhan Alkanla toya hazırlaşır.
ölkəpress.com