olkepress.com
olkepress.com

Flora Kərimova: “Vicdanı olmayan insan hər şeyə qadir olarmış"

25-08-2021, 13:39

Flora Kərimova: “Vicdanı olmayan insan hər şeyə qadir olarmış"

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur".

Ölkəpress.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənni son günlər baş verən qadın və uşaq qətllərinə münasibət bildirib:
"Yaradandan qorxmadın, deyək, inancın yoxdur. Qız uşağını sevmirdin, insaniyyətini harada itirdin? Dində də, elmdə də təsdiqin tapıb ki, övladın cinsiyyəti atadan gəlir. Deyək ki, bunu bilməyəcək qədər savadsızlar hələ də var. Din xadimləri, bunu aşılayın insanlarımıza. Deyin ki, peyğəmbərimizin tək övladı qız idi. Dinimiz qız övladını necə sevib, qorumağı öyrədir. Sizləri özünə "imam" bilənlər, kitab oxumağa həvəsi və ya fürsəti olmayanlar sözünüzü eşidir. Təbliğ edin ki, dinimiz qız övladına necə dəyər verir. Bunları təkrar-təkrar demək sizin borcunuzdur, vəzifə görəvinizdir.

Heç kimi qınamıram. Ola bilər ki, evin kişisi ac da olsun, təhsilsiz də. Bir gün qazanar, bir gun yox. Amma kişilik sütununu, insaniyyətini, vicdanını itirmək... Vicdanı olmayan insan hər şeyə qadir olarmış".

F.Kərimova eyni zamanda 6 aylıq körpəsini böğaraq qətlə yetirən ata ilə bağlı xəbəri yayımlayıb və "Söz tapa bilmirəm" yazaraq, sözlərinə davam edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi