olkepress.com
olkepress.com

“TikTok”un trendinə düşən “çelovek pauk gəldi” - VİDEO

30-07-2021, 12:30

“TikTok”un trendinə düşən “çelovek pauk gəldi” - VİDEO

Dünyaca məşhur “TikTok” sosial şəbəkəsində bir neçə həftədir Azərbaycan imzalı yeni trend gündəmi zəbt edib. Belə ki, gənclər Basta Raymsın “I know what you want” adlı trekinin remiks versiyası sədaları altında rəqs edirlər.

Ölkəpress.com xəbər verir ki, istifadəçilərin ard-arda çəkdiyi videolarda maraqlı məqam isə remiksdən əvvəl “Çelovek pauk (Hörümçək adam) gəldi” sözlərinin yer almasıdır.

Həmin ifadə 2017-ci ildə Azərbaycanda premyerası olan “Kəklikotu” filmində səsləndirilib. Fenomenə çevirilən sözləri ekran işində Qafar obrazını canlandıran gənc aktyor Əlixan Rəcəbov səsləndirib.

Həmin sözlərlə Qafqaz ab-havalı remiks qısa müddətdə MDB, Şərqi Asiya və əksər Avropa ölkələrində populyarlaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi