olkepress.com
olkepress.com

Biznesmen nazir müavini - Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə

29-11-2019, 11:54

Biznesmen nazir müavini - Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də biznesləMüstəqil araşdımaçı jurnalist Cavanşir Həsənli yazır:

Təhsil nazirinin müavini Firudin Qurbanov həm təhsillə "məşğuldur", həm də bizneslə. Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Slovenyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir, təsisçiləri haqqında məlumat yoxdur.
Firudin Qurbanov 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.. 2014-cü ilin iyulundan təhsil nazirinin müavindir.
(Teref.az )

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi