olkepress.com
olkepress.com

Ərdoğana qarşı vahid namizəd

9-10-2019, 20:23

Ərdoğana qarşı vahid namizədTürkiyə Baş nazirinin sabiq müavini Əli Babacan növbəti seçkilərdə müxalifətin prezidentliyə əsas namizədi olacaq.

Bu barədə “Habertük” açıqlama yayıb. Mənbə bildirir ki, prezident seçkilərində əsas rəqabət Əli Babacanla hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan arasında gedəcək.



Mənbə qeyd edir ki, müxalifətin əsas qüvvəsini təşkil edn Cümhuryyət Xalq Partiyası və İyi Partiya da Əli Babacanı dəstəkləyəcək. “Habertürk” agentliyinin müxbiri Bülent Aydemir bu məlumatı adları çəkilən partiyalardan əldə etdiyini deyib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Əli Babacan prezidentliyə yüksək şansı olan siyasətçidir. Lakin seçkilərdə qələbə qazana biləcək yeni liderlər meydana çıxa bilər:



“Əli Babacan ABŞ-da təhsil almış savadlı mütəxəssis kimi tanınır. O, iqtisadi məsələlər üzrə dövlət naziri və xarici işlər nazirləri vəzifələrini tutub. Öz işinin öhdəsindən kifayət qədər peşəkarlıqla gəlib. Əli Babacan xalq arasında populyar siyasətçidir. Əgər Əli Babacan prezidentliyə namizədliyini irəli sürsə, uğur qazana bilər. Amma mən Türkiyədə səfərdə olarkən, xalq arasında Əhməd Davudoğlunun daha populyar olmasının şahidi olmuşam. Davudoğlu universitet müəllimidir, profesordur. Bundan başqa o, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) həm sədri postunu tutub, həm də baş nazir vəzifəsində çalışıb. Əli Babacan isə AKP-nin sıravi üzvü olub və dövlət naziri işləyib. Davudoğlunun siyasi reytinqi zirvəyə yüksələndə prezident Rəcəb Tayyib Ərdoğan onun bu yüksəlişini gördü və dayandırdı. Məlum olduğu kimi, Davudoğlu həm partiya sədrliyindən, həm də baş nazir vəzifəsindən uzaqlaşdırıldı. Amma Əhməd Davudoğlu prezident seçkilərinə çox iddialı və qətiyyətlə gedəcək. Abdulla Gülün perspektivini görmürəm. O, Əli Babacana dəstək verəcək. İstanbul Böyük Şəhər Bələdiyyəsinin CHP-dən olan başçısı Əkrəm İmamoğlunun da prezidentlıiyə namizəd olacağı gözlənilir. CHP İmamoğlunu kənara qoyub Əli Babacanı çətin ki, dəstəkləsin. Eyni zamanda, Əli Babacan sağçı və dini sosial bazaya malik qüvvəni təmsil edir. Cümhuriyyət Xalq Partiyası isə sol təmayüllü təşkilatdır. MHP sədri Dövlət Bağçalı xəstəxanaya yerləşdirilib və artıq səhhəti aktiv siyasi fəaliyyətə imkan vermir. Yəni Baxçalıdan sonra Milliyyətçi Hərəkat Partiyasının siyasi taleyinin necə olacağı məlum deyil. Bir sözlə, Türkiyədə mürəkkəb siyasi proseslər cərəyan edir. Mənim fikrimcə, Türkiyədə növbədənkənar həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Biz bu seçkilərdə başqa, qalib gələ biləcək simaları görəcəyik”.

Qabil Hüseynli bildirdi ki, prezident seçkilərində ana müxalifətin qaləbə çalmaq şansı çox yüksəkdir:

“Hazırk siyasi konyuktura göstərir ki, CHP-nin qalib gəlmək şansı çox böyükdür”.

Müşfiq Abdulla
Cebhe.info


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi