Azərbaycanlı deputatlar italiyalı həmkarları ilə müzakirəyə hazırlaşır
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri oktyabrın 6-da İtaliya Senatının Xarici əlaqələr komitəsinin üzvləri ilə onlayn formatda müzakirələr aparacaq. Müzakirələr Ermənistanın Azərbaycana qarşı təxribatlarına həsr olunacaq.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında komitə sədri Səməd Seyidov deyib.
O əlavə edib ki, AŞPA Prezidentinin tövsiyəsi əsasında AŞPA-nın Siyasi, İnsan Haqları Monitorinq komitəsində Ermənistanın Tovuz istiqamətində təxribat müzakirə olunub.
Deputat onu da bildirib ki, AŞPA-da Qarabağ alt komitəsinin fəaliyyəti yenidən aktivləşəcək.
Ölkəpress.com