Putin öz ad günündə məktəbli qıza Akita Inu cinsindən olan it hədiyyə edib.
"Oktyabrın 7-də şənbə Viktoriya Afanasyeva üçün unudulmaz oldu. Pskovlu məktəbli həmin gün Rusiya Prezidenti Vladimir Putindən hədiyyə aldı. Ölkə lideri qızın öz itinə sahib olmaq arzusunu həyata keçirdi", - deyə Cebhe.info yerli mətbuata istinadən yazır.
Qeyd olunur ki, qız Rusiya Prezidentindən ona valideynlərindən gizli şəkildə it hədiyyə etməsini istəyib, özü ünvanı tapıb, mesaj göndərib və yalnız bundan sonra valideynlərinə hər şeyi danışıb. Məktəbli qız hədiyyə aldığı qızın adını Umka qoyub.
Vika hədiyyəyə görə Vladimir Putinə təşəkkür edib və onu ad günü münasibətilə təbrik edib. Oktyabrın 7-də Rusiya Prezidentinin 71 yaşı tamam olub. Vladimir Putin ad gününü ənənəvi olaraq iş yerində qeyd edib.