Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb”, - Niderland Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 “F-35”i Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb.
Niderland Müdafiə Nazirliyi ölkəyə məxsus 8 ədəd “F-35” qırıcısının müvəqqəti olaraq Polşada olduğunu vurğulayıb.