Suriya ilə bağlı növbəti üçtərəfli görüşün yeri və tarixi bilinmir.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.
O, bu prosesdə İranın iştirakından məmnun olacaqlarını vurğulayıb.
İbrahim Kalın Suriya prosesi çərçivəsində xarici işlər nazirlərinin qarşıdakı həftələrdə görüşə biləcəyini istisna etməyib.