olkepress.com
olkepress.com

Pakistan məscidindəki partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb

31-01-2023, 11:40

Pakistan məscidindəki partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb

Bazar ertəsi Pakistanın Peşəvər şəhərində (Əfqanıstanla sərhədin yaxınlığında, şimal-qərbdə yerləşən Hayber Paxtunxva əyaləti) məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90-a çatıb.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Pakistanın dövlət radiosu polisin rəsmi məlumatına istinadən xəbər verib.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışdan az sonra 200-dən çox zərərçəkən xəstəxanaya çatdırılıb, onlardan 100-ə yaxın ağır xəsərətlər alanların müalicəsi tibb müəsisələrində davam edir, yüngül yaralananlar isə müalicədən sonra evə buraxılıb.

Xayber-Paxtunxva əyalətinin başçısı Məhəmməd Əzəm Xan bütün bölgədə bir günlük matəm elan edib.

Bundan əvvəl ölkə mətbuatı məsciddə baş verən partlayışda 72 nəfərin öldüyünü bildirmişdi. Sonradan ölənlərin sayının artdığı məlum olub.

Milli təhlükəsizlik rəsmilərinin məlumatına görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Qeyd olunur ki, partlayış zamanı məsciddə 500-ə qədər adam olduğu təxmin edilir. Rəqəmlərin arta biləcəyi güman edilir.

Hüquq-mühafizə orqanları partlayışı törədən terrorçunun, daha çox adam öldürmək məqsədi ilə, namaz zananı ön cərgələrdə olduğu bildirib.

KİV-in məlumatına görə, hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Taliban hərəkatı ilə əlaqəli olan Pakistan Taliban Hərəkatı, TTP) öz üzərinə götürüb.

Pişəvər hakimiyyəti şəhərin bütün xəstəxanalarında tibbi xidmət sahəsində fövqəladə vəziyyət elan edib, həmçinin xilasetmə təşkilatlarına fövqəladə tədbirləri gücləndirməyi tapşırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi