olkepress.com
olkepress.com

Zaqatala Mərkəzi Xəstəxanasında yerdəyişmə bazarlığı

23-11-2021, 12:22

Zaqatala Mərkəzi Xəstəxanasında yerdəyişmə bazarlığı

Bir qrup vətəndaş Azərbaycan KİV-lərinə müraciət edərək, onların səsinə səs vermələrini xahiş ediblər. Belə ki, RMX-a Zaqatala Diaqnostika Mərkəzi də birləşdirildikdən sonra şəkili doktor gözəl alver etməyə başlayıb. Deməli tibb bacılarının yerdəyişməsi 3—5 min azn, həkimlərin yerdəyişməsi isə daha yuxarı qiymətə edilir. Qəribə burasındadır ki, alveri gözəl bacaran Məcid doktor bütün hiylələrdən çox məharətlə istifadə edir və tibb personalı da onun toruna rahatca düşür. Özü də bu kişi deyir ki, pulu yuxarıya verirəm, yəni TƏBİB, Səhiyyə Nazirliyinə, ona görə də, heç kimə güzəşt etmir.

İşçilərini yığaraq iclas edib deyib ki, “yadınızdadırsa 16.07.2019-cu ildə rüşvətlə bağlı video çəkiliş olmuşdu, gördünüzmü mənə heç nə edə bilmədilər. Necə deyərlər, it hürər karvan keçər, mətbuat, qəzet, saytlar kimdi ki, məni işdən azad etsinlər?

Mənim arxam var və pulu kimə, nə qədər verməyi də bacarıram”.

Bəli, Məcid doktor düz deyir, əgər belə olmasaydı dövlətimizin aidiyyati hüquq-mühafizə orqanları gözlərini yummazdılar, gəlib mətbuatda gedən video-faktları araşdırardılar.

Hörmətli hüquq-mühafizə orqanları, Korrupsiyaya qarşı mübarizə idarəsi və Prokurorluq orqanları!

Sizdən xahiş edirik, Diaqnostika RMX-yə birləşdikdən sonra xadimə, tibb bacıları və həkimlərin nədən yerlərini dəyişdirilməsini araşdırsanız, sizə çox şey agah olacaqdır. Rayonda yerləşən banklara da müraciət edə bilərsiniz ki, məhz Diaqnostika mərkəzi RMX-yə birləşdikdən sonra tibb işçiləri nə qədər kredit götürüblər. Məgər bunları araşdırmaq bir o qədər çətindir? Əgər gücünüz çatmırsa deyin ki, bu baş həkim açıq-aşkar Prezident İlham Əliyevin apardığı siyasətə qarşı çıxır və biz də onunla bacarmırıq.

Çox qəribədir ki, Zaqatalaya yalnız kənardan baş həkim gətirilir, Bakıdan, Şəkidən və s. Axı niyə? Məgər bu rayonda savadlı həkimlər yoxdur? Bəlkə alveri yaxşı bilənləri yoxdur?

TƏBİB də, görünür cənab Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirə bilmir. Əks təqdirdə bu biabırçılığa son qoyardı. TƏBİB-ə nə lazımdır? Video-lentə çəkib göstərirlər, yenə də baş həkimə toxunmurlar. Bura balaca bir müəssisədir, baş həkimin icazəsi olmadan heç kim pul ala bilməz.

(AZƏRBAYCANREALLIĞI.COM)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi