olkepress.com
olkepress.com

Alimlər Yerə düşən meteoritdə iki naməlum material aşkar ediblər

2-12-2022, 08:40

Alimlər Yerə düşən meteoritdə iki naməlum material aşkar ediblər

Kanadalı alimlər “El-Ali” meteoritində Yer kürəsində indiyədək heç vaxt tapılmayan minerallar aşkar ediblər.

Bu kəşf illik Kosmik Tədqiqatlar Simpoziumunda elan edilib.

Meteorit alimlər tərəfindən 2019-cu ildə Somalidə El-Ali şəhəri yaxınlığında tapılıb. Meteorit təxminən 14 ton ağırlığındadır və qədim dövrdə Yerə düşüb. Yerli tayfalar öz əfsanələrində ona “Alacaqaranlıq” deyiblər. Kosmik daşın bir hissəsi qumun altında qalıb, digər hissəsi isə yerli sakinlər tərəfindən bıçaq itiləmək üçün istifadə edilib.

Alimlər meteoritdən təxminən 70 qram ağırlığında nümunələr ayıraraq onların kimyəvi analizini aparıblar. Nəticədə iki yeni mineral - elaliit və elkinstantonit, eləcə də Yer kürəsində təbii mühitdə olmayan nümunə tapılıb.

Tədqiqat qrupu daha çox nümunə əldə olunarsa, meteoritin tədqiqini davam etdirəcək. Kosmik obyektin özü hərracda satılmaq üçün Çinə aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi