olkepress.com
olkepress.com

SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib

6-12-2019, 13:44

SOCAR Qaladakı “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə veribBu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakının Qala qəsəbəsində yerləşən “Eko park”da Enerji İdarəetmə Mərkəzini istifadəyə verib.

Report xəbər verir ki, Mərkəz SOCAR və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı (NAMA) layihəsi çərçivəsində qrant hesabına tikilib.
Mərkəzin əsas funksiyası NAMA layihəsi çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrindən istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.
SOCAR-ın ekologiya məsələləri üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, bu mərkəz Xəzər regionunda yeganə mərkəzdir: “Buradakı monitor vasitəsilə onlayn şəkildə SOCAR-ın digər müəssisələri ilə əlaqə yaradırıq. Bu müəssisələrdəki enerji səmərəliliyi barədə məlumatlar bu mərkəzdə toplanır”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi