olkepress.com
olkepress.com

Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”

6-12-2019, 13:39

Mikayıl Cabbarov BTQ-nin perspektivi barədə: “Yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi nəticəsində reallaşdırılan, “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi xüsusi olaraq vurğulanmalıdır.

Oxu.Az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında deyib.
O bildirib ki, bu layihə Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini birləşdirməklə, onlarla xalq və ölkə arasında körpü rolunu oynamaqdadır.
M.Cabbarov əlavə edib ki, bunun bariz göstəricisi kimi, 2019-cu ilin noyabrında tarixdə ilk dəfə olaraq Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çinin Sian şəhərindən Türkiyə Respublikasına ilk konteyner qatarının hərəkət etməsini göstərmək olar. İqtisadiyyat naziri BTQ dəmir yolu ilə bağlı perspektivdən də danışıb: “Hazırda bu dəmir yolu altı milyon ton yük və bir milyon sərnişin daşımaq gücünə malikdir. Növbəti mərhələdə bu şəbəkənin yükgötürmə qabiliyyəti 15 milyon tondan çox olacaq”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi