olkepress.com
olkepress.com

Maliyyə Bazarlarına Nəzarət Palatası niyə ləğv edildi?

29-11-2019, 22:43

Maliyyə Bazarlarına Nəzarət Palatası niyə ləğv edildi?Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) yaradılmasında məqsəd ondan ibarət idi ki, bank sistemində sağlamlaşdırma prosesi həyata keçirilsin. Bank faizlərinin müəyyən dərəcədə aşağı salınması da qarşıya məqsəd qoyulmuşdu.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov qeyd edib ki, bununla belə, bank sistemində ciddi dəyişikliklər baş vermədi.
“Cənab Prezident müəyyən yardımlar etdi, əhalinin 10 min dollar kreditini silmək üçün bank sisteminə 620 milyon manata yaxın vəsait ayırdı. Ancaq bank sistemində ciddi dəyişiklik baş vermədi. Bütün bunları görən cənab Prezident Maliyyə Bazarlarına Nəzarət Palatasını ləğv etdi və əvvəlki qaydada Mərkəzi Banka birləşdirildi”, - deyə V.Əhmədov əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla MBNP ləğv edilib. Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən, onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifələri, hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi