olkepress.com
olkepress.com

Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”

20-11-2019, 11:49

Mahir Məmmədov: “Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” şirkətinin Gürcüstanın dövlət büdcəsinə ödəyəcəyi verginin məbləğinin 150 mln ABŞ dolları olacağı proqnozlaşdırılır.

Bunu “Report”a eksklüziv açıqlamasında "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, bu, 2018-ci ildə dövlət büdcəsinə həyata keçirilən ödəniş ilə müqayisədə 6 milyon dollar və ya 4,17% çoxdur: “2018-ci ildə "SOCAR Energy Georgia” şirkəti Gürcüstan büdcəsinə 144 milyon dollar vergi ödəyib. 2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib”. O qeyd edib ki, “SOCAR Group”a daxil olan şirkətlərin fəaliyyətə başladığı gündən Gürcüstan büdcəsinə ödəyəcəyi vergilərin həcmi bu ilin sonuna 1,5 milyard dolları ötəcək.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi