olkepress.com
olkepress.com

Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdi

13-11-2019, 15:05

Deputat məmurların gəlir deklarasiyası ilə bağlı Baş nazirdən xahiş etdiAzərbaycanın 2020-ci ilin dövlət büdcəsi, makroiqtisadi göstəricilər nəzərə alınmaqla, müsbətdir.

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, büdcə gəlirlərində torpaq, əmlak, yol vergilərinin əsaslı olmadığı göstərilib. O bidirib ki, yeddi il müddətinə sənaye parkları vergidən azad edilib:
“Amma baxırıq ki, İqtisadiyyat naziri daha üç il həmin sənaye parklarını vergidən azad etmək istəyir. Hesab edirəm ki, bu yeddi il kifayətdir ki, həmin sənaye parkları işləsinlər və dövlət büdcəsinə vergi ödəsinlər”. Deputat qeyd edib ki, bəzi müəssisələrin gəlirləri ilə bağlı araşdırmalar aparılmalıdır.
V.Əhmədov bildirib ki, büdcə xərclərinə nəzarət gücləndirilməlidir. Deputat məmurların gəlir deklarasiyası verməsinin vacibliyinə də toxunub.
“Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır”, - deyə V.Əhmədov əlavə edib. “Mən Baş nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi