olkepress.com
olkepress.com

SOCAR Belarus üçün ilk neft tankerini yola saldı

6-03-2020, 12:33

SOCAR Belarus üçün ilk neft tankerini yola saldıAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk tankerini göndərib.

Bu barədə Report-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, dünən axşam Ceyhan limanından Belarus üçün 90 min ton həcmində ilk neft partiyası yola salınıb.
O qeyd edib ki, ikinci neft partiyası təxmini olaraq martın 20-nə qədər göndərilməsi planlaşdırılır. Bu tanker Supsa limanından yola salınacaq və onun həcminin 85 min ton olacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR Odessa limanına iki tanker neft nəql edəcək. Belarusa nəql ediləcək ümumi neft həcmi 160 min ton nəzərdə tutulub. Azərbaycan nefti Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun “Mozır” neft emalı zavoduna nəql olunacaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi